Bakı, TurkicWorld
Ötən il Latviya Aİ-nin Ukrayna üçün təlim missiyası (EUMAM Ukraine) çərçivəsində 4 min ukraynalı hərbçiyə təlim keçib.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds Aİ müdafiə nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, EUMAM missiyası bir çox cəhətdən uğurlu olub.
"2023-cü ildə Latviya 4 min ukraynalı əsgərə təlim keçib və hazırda onların təlimlərini davam etdirir. Aİ ölkələrinin rəhbərləri missiyanı genişləndirmək və ona əlavə təkan vermək üçün müxtəlif yollar haqqında düşünməlidirlər. Bu cür qərarlar "kollektiv xarakter daşımalıdır"", - nazir əlavə edib.
Qeyd edilir ki, Avropa İttifaqının "EUMAM Ukraine" missiyasının iki il əvvəl başlayan mandatı oktyabrda başa çatır və Brüssel onu uzatmaq niyyətindədir. Missiyada 24 Aİ ölkəsi iştirak edir.