Son dəqiqə

Naxçıvan İran Latviya

Latviya İranın Naxçıvana dronlarla hücumunu qəti şəkildə pisləyib

BAKI, TurkicWorld

Latviya İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları qətiyyətlə pisləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Latviya səfirliyinin rəsmi "X" səhifəsində məlumat dərc olunub.

"Latviyanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş, hava limanına ziyan vurmuş və mülki əhali arasında yaralanma halllarına səbəb olmuş hücumları qətiyyətlə pisləyir. Bu, hücumlar beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır", - diplomatik missiyadan bildirilib.

Səfirlikdə həmçinin qeyd edilib ki, Latviya Azərbaycanla həmrəydir və regionda sülh və təhlükəsizliyi dəstəkləyir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər