Son dəqiqə

Azərbaycan Ceyhun Bayramov Ukrayna regional rifah və sabitlik Ukrayna Azərbaycan əlaqələri

Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi

Bakı. TurkicWorld

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

XİN-dən TurkicWorld-ə bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər