Son dəqiqə

Ukrayna Niderland Almaniya Danimarka

Ukraynaya 77 ədəd “Leopard” göndəriləcək

Bakı, TurkicWorld

Almaniya Danimarka və Niderlandla əməkdaşlıq çərçivəsində daha 77 ədəd "Leopard 1A5" tankını Ukraynaya verməyi planlaşdırır.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Almaniyada keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya daha 12 ədəd "Panzerhaubitze 2000" özüyüriyən artilleriya qurğusu göndərəcək.

Mövzuya görə xəbərlər