ABŞ gələn həftə "ATACMS" raketlərinin Ukraynaya təhvil verə bilər

ABŞ gələn həftə "ATACMS" raketlərinin Ukraynaya təhvil verə bilər

Bakı. TurkicWorld:

ABŞ gələn həftə "ATACMS" taktiki raketləri də daxil olmaqla silahların Ukraynaya ötürülməsinə başlaya bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner deyib.

Senator əlavə edib ki, yardım paketinə "ATACMS" daxil olmaqla, uzaqmənzilli silahlar daxil olacaq.

"Hesab edirəm ki, administrasiya son aylarda "ATACMS" hazırlamağa və çatdırmağa hazırdır. Bu qanun layihəsində öz əksini tapıb", - deyə o qeyd edib.