Son dəqiqə

İsrail ABŞ

İsrail lazımi silahların tədarükünü sürətləndirmək üçün ABŞ-yə təzyiqi artırır

Bakı, TurkicWorld

İsrail ABŞ prezidenti Co Bayden administrasiyasına və konqres qanunvericilərinə silahların təsdiqini sürətləndirmək üçün təzyiqləri artırır.

TurkicWorld-in məlumatına görə, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, İsrail nümayəndələri İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışından sonra tədarüklərini sürətləndirmək istədikləri silah sistemlərinin siyahısını qanunvericilərə təhvil veriblər.

Qeyd edilib ki, İsrail həm HƏMAS, həm də "Hizbullah"a qarşı hərbi məqsədlərini ardıcıl olaraq dəstəkləyən hazırkı administrasiyadan dərhal razılıq almaqda maraqlıdır.

Mövzuya görə xəbərlər