Son dəqiqə

ABŞ

Kamala Harris Donald Trampla debat etməyə hazır olduğunu deyib

Bakı. TurkicWorld

ABŞ-nin vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

"İnsanlar debat haqqında məndən soruşurlar və mən sizə deyəcəm ki, mən Donald Trampla debat etməyə hazıram. Əvvəllər razılaşdırıldığı kimi, debatı sentyabrın 10-da keçirməyə razılaşdım. O da bununla razılaşdı", - deyə K.Harris bildirib.

K.Harrisin qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülməsini daha əvvəl seçki yarışından geri çəkilmiş ABŞ prezidenti Co Bayden dəstəkləyib.

Mövzuya görə xəbərlər