Son dəqiqə

ABŞ Kamala Harris Donald Tramp

Tramp-Harris debatının şərtləri açıqlanıb

Bakı, TurkicWorld

Sentyabrın 10-da ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında keçiriləcək ilk debatın detalları açıqlanıb.

TurkicWorld xəbər verir ki, debat "ABC News" tərəfindən saat 21:00-da Filadelfiyada Milli Konstitusiya Mərkəzində təşkil olunacaq.

Paralel olaraq "ABC News Live", "Disney+" and "Hulu"-da canlı yayımlanacaq.

Debatın moderatorları Devid Myuir və Linsi Devis olacaq. Çıxışçı danışarkən digərinin mikrofonu bağlı olacaq. Debat 2 dəfə reklam fasiləsi olmaqla 90 dəqiqə çəkəcək. Müzakirə keçirilən otaqda yalnız moderatorlar olacaq, tamaşaçı qatılmayacaq. Açılış nitqi olmayacaq, hər bir namizədə bağlanış üçün 2 dəqiqə vaxt veriləcək.

Çıxışçılar moderatorlar tərəfindən təqdim olunacaq. Əvvəlcədən yazılmış qeydlərin gətirilməsinə icazə yoxdur. Heç bir suallar və mövzular əvvəlcədən namizədlərlə paylaşılmayacaq. Namizədlər özləri ilə yalnız qələm, kağız və su götürə bilərlər. Sualları cavablandırmaq üçün 2, təkzib üçün 1 və davam etdirmək, dəqiqləşdirmək və cavab üçün əlavə 1 dəqiqə veriləcək.

Namizədlərin bir-birinə sual verməyinə icazə yoxdur. Kampaniya üzvlərinin reklam fasiləsi zamanı namizədlərlə ünsiyyət qurulmasına icazə verilməyəcək.

Mövzuya görə xəbərlər