ABŞ, Cənubi Koreya və Yaponiya birgə təlimlər keçirib

ABŞ, Cənubi Koreya və Yaponiya birgə təlimlər keçirib

Bakı. TurkicWorld:

ABŞ, Cənubi Koreya və Yaponiya birgə aviasiya təlimləri keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Birgə manevrlər Çejudo adasının cənub-şərqində, Cənubi Koreya və Yaponiyanın hava hücumundan müdafiə zonalarının kəsişdiyi ərazidə keçirilib.

Onların KXDR-dən artan nüvə raket təhlükəsinə cavab olaraq çəkindirmə potensialının artırılması məqsədi ilə həyata keçirildiyi qeyd edilir.

Təlimlərin Şimali Koreya tərəfindən artan raket-nüvə təhdidinə cavab olaraq keçirildiyi qeyd olunub.