Son dəqiqə

Ermənistan ABŞ Luis Bono

Lui Bono yenidən Ermənistanda səfərdədir

Bakı, TurkicWorld

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono yenidən Ermənistana səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Bono artrıq İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də regiondakı vəziyyət müzakirə olunub.

Xatırladaq ki, Lui Bono sonuncu dəfə iyun ayında regiona səfər edib. 3 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lui Bononu qəbul edib.

Mövzuya görə xəbərlər