Son dəqiqə

Fələstin İsrail G7 sammiti Qəzza

Qəzzada humanitar böhranı həll etmək üçün təcili tədbirlər görülməlidir - G7 ölkələri

Bakı. TurkicWorld:

Qəzzada humanitar böhranı həll etmək üçün təcili tədbirlər görülməlidir/

TurkicWorld-un məlumatına görə, bu sözləri G7 ölkələri bildirib.

"Qəzzada pisləşən humanitar böhranı həll etmək üçün təcili tədbirlərin görülməsi vacibdir. Biz təcili ehtiyac duyulan yardımın çatdırılmasını və girovların azad edilməsini asanlaşdırmaq üçün humanitar dəhlizlərin yaradılmasını dəstəkləyirik”,- deyə ölkələr vurğulayıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

Ölənlərin 4 min 324-ü uşaq, 2 min 823-ü qadınlardır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər