ABŞ-da neft emalı zavodunda yanğın baş verib

ABŞ-da neft emalı zavodunda yanğın baş verib

Bakı. TurkicWorld:

ABŞ-ın Luiziana ştatının neft emalı zavodunda yanğın baş verib.

TurkicWorld-un məlumatına görə, yanğından sonra bölgədən təxliyələrə başlanılıb.

ABŞ-ın “Marathon Petroleum” şirkətindən verilən açıqlamada şirkətin Garyville bölgəsindəki neft emalı zavodunda baş verən yanğına müdaxilə edildiyi və bölgə əhalisinin təhlükəsizliyi üçün tədbirlər görüldüyü bildirilib.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, zavod ölkənin ikinci ən böyük əməliyyat gücünə malikdir və gündə təxminən 600.000 barel neft istehsal edir.

Məlumat üçün qeyd edək ki, yanğında xəsarət alan olmayıb.

Hafiz Rufizoğlu