Son dəqiqə

yanğın Havay ştatı

Havay adalarında meşə yanğınlarında ölənlərin sayı 100-ü ötüb

Bakı. TurkicWorld:

ABŞ-nin Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 101-ə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə əyalətin qubernatoru Joş Qrin yerli televiziyaya açıqlamasında bildirib.

Məlumata görə, Qubernator ölənlərin sayının artacağını istisna etməyib.

Qeyd edək ki, bu, Havayda 1960-cı ildən sonra kütləvi insan tələfatı ilə nəticələnən ən böyük fəlakətdir. Həmin ildə sunami 61 nəfərin həyatına son qoymuşdu.

Mövzuya görə xəbərlər