Çələbi Lütfi Paşa kimdir?

Çələbi Lütfi Paşa kimdir?

Bakı. TurkicWorld:

Çələbi Lütfi Paşa - Qanuni Sultan Süleymanın hökmdarlığı dövründə sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.

Lütfi Paşanın həyatı, onun tarixlər göstərmədən yazdığı "Asafname" adlı kitabından öyrənilib.

Harada doğulduğu və haralı olduğu bilinmir. Alban olduğu rəvayət edilməkdədir. Avlonya ( Albaniyada bir şəhər) ətrafından gətirilib və sarayda təhsil alıb. Yavuz Sultan Səlimin taxta keçməsiylə çuhadar vəzifəsindən xarici vəzifəyə keçirilib. Daha sonra çeşnigirbaşı, qapıçıbaşı və miralemlik kimi vəzifələrdə işləyib. 1522-ci ildən etibarən Aydın, ardından Yana sancaqbəyi təyin edilib.

1529-cu ildə Şam qubernatoru olub və eyni ilin sonu bu vəzifədən azad edilib. 1531-ci ildə ikinci dəfə Şam qubernatoru olub. 1533-cü ildə Qaraman Bəylərbəyi olub və İraq Səfərində müvəffəqiyyətli xidmətlər göstərib. 1534-cü ildə qübbə vəzirliyi vəzifəsinə təyin edilib. Anadolu Bəylərbəyliyinə, ardından 1536-cı ildə Rumeli Bəylərbəyliyinə təyin edilib.

Gənc yaşdan etibarən dövlət vəzifəsinə gələn Lütfi Paşa, eyni zamanda Qanuninin bacısı Şah Sultanla qısa sürən bir evlilik edərək saraya kürəkən də olub. 13 İyul 1539-cu ildə Ayaz Məmməd Paşanın vəbadan vəfatından sonra sədrəzəm olub.

Çələbi Lütfi Paşa Yavuz Sultan Səlimin qızına yumruq atması və padşahın bacısına qarşı olan vəziyyəti öyrənməsi ilə saraydan atılıb və Dimetokaya sürgün edilib. 1542-ci ildə bağışlanılıb Həccə gedib. Həcc dönüşündə Dimetokada yaşamağa davam edib və daha çox əsərlər yazmaqla məşğul olaraq iyirmi ilə qədər yaşayıb. Lütfi Paşanın iyirmini aşan əsərlərinin çoxu dini mövzularda, iki əsəri isə tarixi mövzudadır.

Ən çox tanınan əsərlərindən "Tevarihi Əli Osman" Osmanlı dövlətinin quruluşundan 1553-cü ilə qədər olan dövrü izah edir. "Asafnamə" isə Lütfi Paşanın ən tanınmış əsəri olub, özü də "Asafnamə" müəllifi olaraq tarixə düşüb. Əsər dövlət idarəsi peşəsinə aid təsbitlər və məlumatları ehtiva edir.

27 mart 1564-cü ildə vəfat edib. Vəfatından sonra Yeniqapıda dəfn olunub.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?