Son dəqiqə

Özbəkistan Monqolustan Bəxtiyar Saidov Battsetseq Batmunxun

Özbəkistan-Monqolustan İş Adamları Şurası və Hökumətlərarası Komissiya yaradılacaq

Bakı, TurkicWorld:

Özbəkistan-Monqolustan İş Adamları Şurası və Hökumətlərarası Komissiya yaradılacaq.

TurkicWorld bu barədə AzerPress-ə istinadən məlumat verir ki, razılaşma Özbəkistanın Xarici İşlər naziri Bəxtiyar Saidov ilə Monqolustanın Xarici İşlər naziri Battsetseq Batmunxun Özbəkistanda görüşü zamanı əldə edilib.

Tərəflər görüş zamanı iki ölkə arasında ticarət həcminin artırılması, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

“Bu səfər Özbəkistan və Monqolustan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasının sübutudur və Monqolustanın Özbəkistanda səfirlik açmaq qərarını alqışlayırıq”,- deyə Bəxtiyar Saidov bildirib.

Mövzuya görə xəbərlər