Son dəqiqə

Özbəkistan Pakistan

Özbəkistan XİN rəhbəri Pakistana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Mayın 8-9-da Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidovun rəhbərlik etdiyi nümayəndə heyəti İslamabadda səfərdə olacaq.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində bir sıra ikitərəfli danışıqlar və işgüzar dairələrin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Məlumata əsasən, Özbəkistanın xarici işlər naziri Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşəcək.

O, həmçinin baş nazirin müavini İshaq Dar ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək, ticarətə xüsusi diqqət yetiriləcək.

Mövzuya görə xəbərlər