Son dəqiqə

Özbəkistan Malayziya

Malayziyanın baş naziri Səmərqəndə səfər edib

Bakı,TurkicWorld

Malayziyanın Baş naziri Ənvər İbrahim mayın 18-də Səmərqənd şəhərinə səfər edib.

TurkicWorld xəbər verir ki, onu Özbəkistan Respublikası Baş nazirinin birinci müavini A.Ramatov, Baş nazirin müavini C.Xocayev, Səmərqənd vilayətinin hakimi E.Turdimov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Ənvər İbrahim Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistanda rəsmi səfərdədir.

Mövzuya görə xəbərlər