Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq, 47 milyon 529 min 34 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Özbəkistana 5 milyon 333 min 36 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 38,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 5 milyard 828 milyon 607 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 661 milyon 819 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023- sentyabr 2024) Türkiyə 7 milyard 866 milyon 77 min dollar məbləğində mebel ixrac edib.