Son dəqiqə

Çin Xalq Respublikası Özbəkistan

Özbəkistan Prezidenti Çinin baş nazirinin müavinini qəbul edib

Bakı,TurkicWorld

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 13-də ölkədə səfərdə olan Çin Xalq Respublikasının Dövlət Şurası Baş nazirinin müavini Liu Quozhonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, Çin nümayəndə heyətinin rəhbəri Özbəkistanın dövlət başçısına Çinin Sədri Si Cinpinin və Dövlət Şurasının Baş naziri Li Tsyanqın səmimi salamlarını və xoş arzularını çatdırıb.

Çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və bütün strateji tərəfdaşlığın dərinləşdirilməsinin cari məsələləri müzakirə edilib.

Bundan əlavə görüşdə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsi üzrə işlərin praktiki mərhələsinin erkən başlaması aspektləri müzakirə edilib.

Mövzuya görə xəbərlər