Son dəqiqə

İran Çin Xalq Respublikası ABŞ

Çin İran müharibəsi ilə bağlı çağırış etdi - Dialoq və danışıqlar yeganə çıxış yoludur

BAKI,TurkicWorld Orxan Qədirzadə

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi İranda davam edən müharibənin dayandırılması və bölgədə sabitliyin bərpası üçün dialoq və danışıqların başlanmasının vacibliyini bildirib.

TurkicWorld xəbər verir ki, nazirliyin sözçüsü Yaxın Şərq və xüsusilə Fars körfəzi regionunda sabitliyin təmin olunmasının ən mühüm məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, İranda davam edən müharibə regionda ciddi fəlakətlərə səbəb olub və genişmiqyaslı ağır nəticələr doğurur.

Açıqlamada bildirilib ki, müharibədən çıxış yolu ən qısa zamanda tapılmalı, münaqişənin dayandırılması və danışıqlara başlanması üçün yaranmış imkanlar itirilməməlidir. Çin tərəfi xüsusilə Hörmüz boğazının yenidən açılması istiqamətində siyasi və diplomatik proseslərin sürətləndirilməsini vacib hesab edib.

Nazirliyin bəyanatında qeyd olunub ki, mövcud böhranın həlli üçün yeganə düzgün yol qarşılıqlı dialoq və danışıqlardır. Eyni zamanda vurğulanıb ki, Hörmüz boğazında hər hansı problemlərin və maneələrin yaranmasına yol verilməməsi beynəlxalq enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi həmçinin bölgədə gərginliyin azaldılması və sabitliyin bərpası üçün bütün tərəflərin məsuliyyətli davranmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Mövzuya görə xəbərlər