Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul Avropa

Türkiyə Avropanın ən güclü enerji mərkəzlərindən biridir - Ərdoğan

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Avropanın ən güclü enerji mərkəzlərindən birinə çevrilib və son 10 ildə enerji sektoruna böyük investisiyalar yatırılıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan 2-ci İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışında qeyd edib ki, Türkiyə enerji sahəsində paradiqmanı dəyişib və Rusiyadan 2, Azərbaycan və İrandan 1 olmaqla ümumilikdə 5 qaz kəməri ilə təbii qaz təmin edir.

Sakarya qaz yatağında günlük istehsal 9,5 milyon kubmetrə çatıb. Həmçinin, Şırnakda ən böyük neft kəşfi həyata keçirilib və Gabar regionundan ölkə üzrə daxili neft istehsalının 44 faizi təmin olunur.

Ərdoğan vurğulayıb ki, Türkiyə regional və qlobal enerji diplomatiyasında ön sıradadır.

O əlavə edib ki, investisiyalar yalnız enerji ilə məhdudlaşmır; bu investisiyalar bölgədə iş yerlərinin açılmasına, turizmin və kənd təsərrüfatının inkişafına və iqtisadi canlanmaya səbəb olub.

Mövzuya görə xəbərlər