Son dəqiqə

Türkiyə Özbəkistan Resmi Gazete

Türkiyə ilə Özbəkistan arasında bir sıra sazişlər ratifikasiya edilib

Bakı, TurkicWorld:

Türkiyə ilə Özbəkistan arasında bir sıra sazişlər ratifikasiya edilib.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiyə Rəsmi Qəzetində dərc edilib.

Məlumata əsasən, 25 oktyabr 2017-ci il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Özbəkistan Respublikasındakı fəaliyyəti haqqında Saziş”, 30 aprel 2018-ci il tarixində Daşkənddə imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Cinayətkarlıqla Mübarizə üzrə Əməkdaşlıq haqqında Saziş”, 1 iyul 2021-ci il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Cinayətkarlıqla Mübarizə üzrə Əməkdaşlıq haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol”, 29 mart 2022-ci il tarixində Daşkənddə imzalanmış “Türkiyə Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Hərbi Çərçivə Sazişi”, 23 mart 2021-ci il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”in Türkiyə Respublikası adından təsdiq edilməsi məqsədəuyğun hesab edilib.

Bundan əlavə, 2018-ci il aprelin 30-da Daşkənd şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Saziş”in təsdiq edilməsi məqsədəuyğun hesab edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər