Son dəqiqə

Özbəkistan Malayziya Şavkat Mirziyoyev

Malayziyanın baş naziri Özbəkistana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Malayziyanın Baş naziri Ənvər İbrahim 17-19 may tarixlərində Özbəkistanda rəsmi səfərdə olacaq.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Daşkənd şəhərində yüksək səviyyədə tədbirlər və danışıqlar keçiriləcək.

Sammitin gündəliyinə sistemli siyasi dialoqun inkişaf etdirilməsi və mədəni-humanitar mübadilənin genişləndirilməsi, iqtisadiyyat, ticarət, innovasiya, enerji, neft-kimya, sənaye, elektrotexnika və elektronika, kənd təsərrüfatı və digər sektorlarda konkret proqramların və əməkdaşlıq layihələrinin təşviqi məsələləri daxildir.

Bundan əlavə, cari beynəlxalq gündəmə dair fikir mübadiləsi aparılacaq.

Malayziya Baş naziri Səmərqənd və Buxara şəhərlərinə də səfər edəcək, biznes forumda iştirak edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər