Bakı, TurkicWorld
Özbəkistan Səhiyyə Nazirliyi yanında Əczaçılıq Məhsullarının Təhlükəsizliyi Mərkəzinin direktor əvəzi Əlişir Temirovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşada səfərdə olub.
TurkicWorld xəbər verir ki, bu barədə yerli mətbuat orqanları paylaşım edib.
Danışıqlar zamanı əczaçılıq sənayesinin milli tənzimləmə sisteminin təkmilləşdirilməsi istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın qurulması, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin, layihələrin, təhsil proqramlarının və təcrübələrin təşkili məsələləri müzakirə olunub.
Nümayəndə heyətinin üzvləri Polşanın Dərman vasitələrinin, tibbi cihazların və biosidal məhsulların qeydiyyatı idarəsinin fəaliyyəti ilə tanış olublar. Qabaqcıl Avropa təcrübəsinin Özbəkistanda tətbiqi üçün Polşa Farmakopeyası təqdim olunub.
Görüşlərin yekununda Özbəkistanın Səhiyyə Nazirliyi yanında Əczaçılıq Məhsullarının Təhlükəsizliyi Mərkəzi ilə Polşanın Dərman Məhsullarının, Tibbi Cihazların və Biosidal Məhsulların Qeydiyyatı İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Hafiz Rufizoğlu