Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 25 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 14 milyon 233 min 500 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 26 milyon 904 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (21) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 12 milyon 33 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.