Özbəkistan və Britaniya əməkdaşlıq məsələlərini müzakirə edib

Özbəkistan və Britaniya əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. TurkicWorld:

Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Özbəkistan və Böyük Britaniya arasında siyasi və diplomatik dialoqun genişləndirilməsi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin intensivləşdirilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, yaşıl iqtisadiyyatın inkişafı və iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib. Ali təhsil müəssisələrində ixtisaslı mütəxəssislərin hazırlanması, ingilis dilində tədris olunan akademik proqramların genişləndirilməsi məsələlərinə baxılıb.

"Özbəkistan insan hüquqlarının təmin edilməsi, layiqli əmək prinsiplərinin həyata keçirilməsi, gender bərabərliyinə nail olmaq və məişət zorakılığına qarşı mübarizə istiqamətində çalışır", - deyə Devid Kemeron vurğulayıb.

X: Lamanasadli01