Devid Kemeron Özbəkistana səfər edəcək

Devid Kemeron Özbəkistana səfər edəcək

Bakı, TurkicWorld

Böyük Britaniyanın xarici işlər naziri Lord Devid Kemeron bu gün apreril 23-də Özbəkistana səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Özbəkistan Respublikasındakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Daşkənddə Devid Kemeron Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə danışıqlar aparacaq. Görüşdə regional təhlükəsizlik, Böyük Britaniyanın təhsildə daha çox iştirakı, iqlim dəyişikliyi, ikitərəfli ticarət və biznes əlaqələri də daxil olmaqla “əsas məsələlər üzrə daha sıx əməkdaşlıq” müzakirə olunacaq.

Səfərin məqsədi iqtisadi inkişaf və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də region ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsidir.

Qeyd edək ki, 1997-ci ilin fevralında Özbəkistana səfər edən sonuncu Britaniya xarici işlər naziri Malkolm Rifkind olub.