Türkiyədə prezident seçkiləri Mustafa Destici

Ərdoğan yenidən prezident seçiləcək - Mustafa Destici

Bakı. TurkicWorld:

Seçkilər ikinci tura qalsa belə, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəkdir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici jurnalistlərə açıqlamasında bildirib.

"Əgər seçkilər ikinci tura qalarsa, Böyük Birlik Partiyası bütün heyəti və gücü ilə prezidentliyə namizədimiz və prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə davam edəcək. Ərdoğan 50 faizdən çox səs toplayaraq yenidən Prezident seçiləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğanın topladığı səslər 49,42%-ə çatıb. Hazırda səslərin 99,38 %-i hesablanıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,95 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,2%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Mövzuya görə xəbərlər