Ərdoğan Türkiyədəki prezident seçkilərində 52,1% səs çoxluğu ilə liderlik edir (YENİLƏNİR)

Ərdoğan Türkiyədəki prezident seçkilərində 52,1% səs çoxluğu ilə liderlik edir (YENİLƏNİR)

Bakı. TurkicWorld:

İlkin hesablamalara görə, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 52,10% səs ilə liderlik edir.

TurkicWorld bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) istinadən xəbər verir. ​​

Xəbərdə deyilir ki, hazırda səslərin 98,33%-i sayılıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 47,9% səs toplayıb.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident seçkilərinin ikinci turu başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Prezident seçkilərinin ikinci turunda ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasının sədri (CHP) Kemal Kılıçdaroğlu iştirak edirlər.

May ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səs vermədə iştirak ediblər.

Xarici ölkələrdə keçirilən seçkilərin ikinci turunda səsvermədə iştirak edən vətəndaşların sayı isə 0 nəfər təşkil edib.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermənin ikinci turu 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.