Leopard 2A4 tankları Türkiyə şirkətləri tərəfindən modernləşdiriləcək

Leopard 2A4 tankları Türkiyə şirkətləri tərəfindən modernləşdiriləcək

Bakı. TurkicWorld:

Türkiyə şirkətləri ASELSAN və BMC arasında TİYK-LEO2A4 Layihəsi çərçivəsində 197,4 milyon avro və 1,3 milyard TL dəyərində müqavilə imzalanıb.

TurkicWorld-un məlumatına görə, bu layihə çərçivəsində Türkiyədə Leopard 2A4 tankları modernləşdiriləcək.

Türkiyənin Quru Qoşunları Komandanlığının gələcək ehtiyaclarını ödəmək üçün inventarda olan Leopard 2A4 tanklarının təchiz edilərək modernləşdirilməsi üçün Müdafiə Sənayesi Rəhbərliyinin (SSB) təşəbbüsü ilə həyata keçirilən TİYK-Leo2A4 Layihəsinin əsas podratçı müqaviləsi 2022-ci ilin sonunda milli resurslardan istifadə edərək inkişaf etdirilən sistemlərlə SSB və BMC Automotive Inc. firması arasında imzalanıb.

Layihə ilə ASELSAN tərəfindən hazırlanmış və ALTAY Layihəsinə daxil olan tank missiya sistemlərinin Leopard 2A4 tanklarına inteqrasiyası və inventarda olan Leopard 2A4 tanklarının ALTAY tankının imkanları ilə təmin edilməsi hədəflənib.

Müqavilə çərçivəsində ASELSAN tərəfindən Tankın Atəşinə Nəzarət Sistemi, Uzaqdan İdarə Edilən Silah Sistemi, Tankın Komanda İdarəetmə Rabitə və İnformasiya Sistemi, Tank Lazer Xəbərdarlıq Sistemi, Sürücü Baxışı Sistemi, Aktiv Mühafizə Sistemi və Yaxın məsafədən Müşahidə Sistemi təmin ediləcək.

Məlumat üçün qeyd edək ki, “Tanklara əlavə imkanların genişləndirilməsi - Leopard 2A4 (TİYK-LEO 2A4)” layihəsi çərçivəsində birinci mərhələdə 81 ədəd Leopard 2A4 AMT tankı modernləşdiriləcək.

Bu modernləşdirmə ilə Leopard 2A4 tanklarının ballistik mühafizə səviyyələri artırılacaq və daha müasir elektronika ilə inteqrasiya olunacaq.

Twitter: @rufizoglu