ANKA-3 İnsansız Döyüş Təyyarəsinin xüsusiyyətləri açıqlanıb

ANKA-3 İnsansız Döyüş Təyyarəsinin xüsusiyyətləri açıqlanıb

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan ANKA-3 İnsansız Döyüş Təyyarəsinin xüsusiyyətləri Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammitində açıqlanıb

TurkicWorld-un məlumatına görə, bu barədə TUSAŞ-ın baş direktoru Prof. Dr. Temel Kotil açıqlama verib.

O bildirib ki, maksimum uçuş çəkisi 6,5 ton olan ANKA-3 1,2 ton faydalı yük daşıya biləcək. 40 min fut yüksəklikdə standart faydalı yükü ilə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir.

“Həm görmə daxilində, həm də kənarda rabitə ilə təchiz ediləcək ANKA-3 Pilotsuz Döyüş Təyyarəsi xüsusi dizaynı sayəsində çox aşağı radar kəsik sahəsinə malikdir. Şaquli dayanıqlığı olmayan “uçan qanad” şəklində olan ANKA-3-ün daxili silah stansiyaları da var ki, bununla da ANKA-3 düşmən radarlarına görünmədən düşmən ərazisinin dərinliklərində “dərin zərbə” adlanan döyüş tapşırıqlarını yerinə yetirə biləcək.” – deyə o qeyd edib

Məlumat üçün qeyd edək ki, ANKA-3-ün ilk uçuşunu 2023-cü ilin aprel ayında həyata keçirməsi planlaşdırılır.

Twitter: @rufizoglu