Tezliklə Aşağı Hündürlük Radar Sistemi Layihəsinin ilk məhsulunu ordumuzun inventarına əlavə edəcəyik – İsmail Dəmir

Tezliklə Aşağı Hündürlük Radar Sistemi Layihəsinin ilk məhsulunu ordumuzun inventarına əlavə edəcəyik – İsmail Dəmir

Bakı. TurkicWorld:

Dördüncü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsi - MRBS 2023-cü ilin martın 21-də Türkiyənin Hacettepe Beytepe Konqres Mərkəzində başlayıb.

TurkicWorld məlumat verir ki, Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Prof. Dr. İsmail Dəmir ANKA-3 pilotsuz döyüş təyyarəsi və radar layihələri ilə bağlı mühüm açıqlamalar verib.

O qeyd edib ki, tezliklə Erkən Xəbərdarlıq Radar Sistemi ailəsinin yeni məhsulu olan Aşağı Hündürlük Radar Sistemi Layihəsinin ilk məhsulunu ordumuzun inventara əlavə edəcəyik.

“Biz qarşıdakı dövrdə təhlükəsizlik qüvvələrimizin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq milli radar sistemlərimizin sayını artırmağı planlaşdırırıq. Bu məqsədlə yeni bir inkişaf olaraq, bu il Erkən Xəbərdarlıq Radar Sistemi ailəsi çərçivəsində əlavə radar alış müqavilələri imzaladıq və imzalamağa davam edirik.”-deyə İsmail Dəmir bildirib.

Məlumat üçün qeyd edək ki, MRSB: Daxili İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi və T.R. Müdafiə Sənayesi Rəyasət Heyətinin dəstəyi ilə reallaşdırılan hərbi radar və sərhəd təhlükəsizliyinə diqqət yetirən ən əhatəli tədbirdir.

Twitter: @rufizoglu