Son dəqiqə

Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı xarici investorlar Türkiyədə Türkiyədə daşınmaz əmlak bazarı Türkiyədə iş yeri satışı Türkiyə əmlak statistikası 2026 Xarici investorların Türkiyəyə marağı

ABŞ vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını azaldıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyul ayında ABŞ vətəndaşları Türkiyədə 41 mənzil və 5 iş yeri olmaqla ümumilikdə 46 daşınmaz əmlak obyekti satın alıblar.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 daşınmaz azdır. Belə ki, ötən ilin iyul ayında ABŞ vətəndaşları tərəfindən Türkiyədə 46 mənzil və 2 iş yeri alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat yayıb.

Qeyd edək ki, 2026-cı ilin iyul ayında Türkiyədə ümumilikdə 129 min 979 mənzil satılıb. Bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir.

Eyni dövrdə Türkiyədə iş yeri satışlarında da yüksəliş qeydə alınıb. Belə ki, 2026-cı ilin iyul ayında ölkə üzrə 16 min 565 iş yeri satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur.

Türkiyə daşınmaz əmlak bazarında həm yerli, həm də xarici alıcıların fəallığının artması bazardakı canlanmanın əsas göstəricilərindən biri kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər