BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Səudiyyə vətəndaşları Türkiyədə 594 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 51 obyekt azdır.
Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, keçən ilin dekabr ayında Səudiyyə vətəndaşları Türkiyədə 74 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 18 obyekt azdır.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.
Məlumata görə, 2025-ci ilin yanvar- dekabr aylarında Türkiyədə 1 milyon 688 min 910 mənzil satın alınıb.
"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.
2025-ci ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.
2025-ci ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.






