Son dəqiqə

Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Türkiyə daşınmaz əmlak bazarı 2026 Türkiyədə xaricilərə mənzil satışı Türkiyə daşınmaz əmlak bazarı Türkiyə əmlak statistikası Türkiyə əmlak statistikası 2026

Özbəkistan vətəndaşları Türkiyədə mənzil və iş yeri alışlarını artırıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyul ayında Özbəkistan vətəndaşları Türkiyədə 28 mənzil və 2 iş yeri olmaqla ümumilikdə 30 daşınmaz əmlak obyekti satın alıblar.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 daşınmaz çoxdur. Belə ki, ötən ilin iyul ayında Özbəkistan vətəndaşları tərəfindən Türkiyədə 25 mənzil və 2 iş yeri alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat yayıb.

Qeyd edək ki, 2026-cı ilin iyul ayında Türkiyədə ümumilikdə 129 min 979 mənzil satılıb. Bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir.

Eyni dövrdə Türkiyədə iş yeri satışlarında da yüksəliş qeydə alınıb. Belə ki, 2026-cı ilin iyul ayında ölkə üzrə 16 min 565 iş yeri satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur.

Türkiyə daşınmaz əmlak bazarında həm yerli, həm də xarici alıcıların fəallığının artması bazardakı canlanmanın əsas göstəricilərindən biri kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər