Son dəqiqə

Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı

Azərbaycanlıların Türkiyədə əmlak alışları azalıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil və 4 iş yeri olmaqla ümumilikdə 94 daşınmaz əmlak obyekti alıblar.

TurkicWorld xəbər verir ki, bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 10 obyekt azdır. Ötən ilin eyni ayında Azərbaycan vətəndaşları Türkiyədə 98 mənzil və 6 iş yeri satın alıblar.

Məlumata görə, 2026-cı ilin iyulunda Türkiyədə ümumilikdə 123 min 603 mənzil satılıb. Bu, illik müqayisədə 17 faiz azalma deməkdir.

İyul ayında iş yeri satışlarında da 4,1 faiz azalma qeydə alınıb və ölkə üzrə 16 min 733 iş yeri satılıb.

Mövzuya görə xəbərlər