Son dəqiqə

əmlak bazarı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı 2025-ci ildə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Keçən il Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 944 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 78 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, keçən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 113 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 3 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar- dekabr aylarında Türkiyədə 1 milyon 688 min 910 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Keçən ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Mövzuya görə xəbərlər