Son dəqiqə

Səudi Ərəbistan Pakistan Misir Türkiyə xarici işlər nazirliyi Hakan Fidan İslamabad

Türkiyə və Pakistan XİN rəhbərləri İslamadadda regional gərginliyi müzakirə ediblər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan 29 mart 2026-cı il tarixində İslamadabda pakistanlı həmkarı, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş Pakistanın ev sahibliyi etdiyi və regional deeskalasiyaya həsr olunmuş mühüm dördtərəfli nazirlər toplantısı çərçivəsində baş tutub.

Danışıqlar zamanı tərəflər Türkiyə və Pakistan arasındakı strateji münasibətlərin gücləndirilməsi, eləcə də Yaxın Şərqdə, xüsusən ABŞ-İsrail-İran münaqişəsi fonunda yaranmış gərginliyin azaldılması yollarını müzakirə ediblər. Hər iki nazir regionda sülh və sabitliyin bərpası üçün dialoq, diplomatiya və koordinasiyalı fəaliyyətin yeganə çıxış yolu olduğunu vurğulayıblar. Məlumata görə, toplantıda Türkiyə və Pakistanla yanaşı, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri də iştirak edir.

Hakan Fidanın Pakistan səfəri martın 30-na qədər davam edəcək. Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən qəbul edilməsi və regional təhlükəsizlik məsələləri üzrə genişmiqyaslı məsləhətləşmələrin aparılması planlaşdırılır. Qeyd olunub ki, əvvəlcə Türkiyədə keçirilməsi nəzərdə tutulan bu dördtərəfli görüş, Pakistanın ABŞ və İran arasında vasitəçilik səylərində artan rolu səbəbindən İslamadaba keçirilib.

Mövzuya görə xəbərlər