BAKI, TurkicWorld, Nailə Babazadə
İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat keçirib.
TurkicWorld xəbər verir ki, əməliyyatın əsas hədəfində terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə qruplaşmanın təbliğatını aparan şəxslər olub. Şəhərin müxtəlif ünvanlarında eyni vaxtda həyata keçirilən basqınlar nəticəsində 11 şübhəli şəxs gözaltına alınıb.
Təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, saxlanılan şəxslər rəqəmsal platformalar üzərindən terror təşkilatına tərəfdar toplamaq və radikal fikirləri yaymaqda ittiham olunurlar. Kəşfiyyat məlumatları əsasında müəyyən edilən bu şəxslərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda təşkilati sənəd və rəqəmsal material müsadirə edilib. Hazırda şübhəlilərin dindirilməsi və onların terror şəbəkəsi daxilindəki əlaqələrinin araşdırılması davam etdirilir.







