Son dəqiqə

İŞİD İŞİD Türkiyə Suriya İŞİD əməliyyatı İŞİD-ə qarşı koalisiya İŞİD terror təşkilatı MİT İŞİD-in intihar aktı planlaşdıran üzvünü saxlayıb MİT-in əməliyyatı ilə İŞİD-in Türkiyəyə qarşı planları ifşa edilib MİT İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı terror aktının qarşısını alıb MİT İŞİD-in intihar aktı planlayan terrorçusunu ölkəyə gətirib Türkiyə MİT-i İŞİD üzvünü xaricdə keçirilən əməliyyatla saxlayıb

İstanbulda İŞİD terror qruplaşmasının maliyyə şəbəkəsinə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat nəticəsində 8 şübhəli şəxs gözaltına alınıb.

TurkicWorld xəbər verir ki, Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının Alınması və Çirkli Pulların Yuyulması Bürosu terror təşkilatının maliyyə fəaliyyətini ifşa etmək məqsədilə İstanbul şəhər Daxili Qoşunlar Komandanlığı ilə birgə genişmiqyaslı iş aparıb. Araşdırmalar zamanı A.G. adlı şəxsin Suriyadakı münaqişə zonalarında fəaliyyət göstərən terrorçular və onlara rəğbət bəsləyənlər üçün "infak" adı altında vəsait topladığı müəyyən edilib.

İstintaq çərçivəsində MASAK və rabitə məlumatlarının təhlili nəticəsində daha 8 nəfərin İŞİD üzvləri ilə pul köçürmələri və əlaqələrinin olduğu üzə çıxıb. İstanbulun 8 fərqli ünvanında eyni vaxtda keçirilən reydlər zamanı şübhəlilər yaxalanıb və onların yaşadığı yerlərdə tapılan rəqəmsal materiallar müsadirə edilib. Hazırda saxlanılan şəxslərlə bağlı hüquqi prosedurlar davam edir.

Mövzuya görə xəbərlər