Son dəqiqə

İŞİD İŞİD Türkiyə İŞİD-ə qarşı koalisiya İŞİD terror təşkilatı

Türkiyədə polislərin şəhid olduğu hücumla əlaqədar 26 terorçu həbs edilib

BAKI,TurkicWorld

Türkiyənin Yalova şəhərində 3 polisin şəhid olduğu hücumla əlaqədar saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.

TurkicWorld bu barədə Türkiyə KİV-ə istnadən xəbər verir.

Aralarında evdən sağ çıxarılan 5 qadının da olduğu şübhəlilər, dünən Yalova Məhkəməsinə göndərilib.

Onlardan 26-sı məhkəmə tərəfindən həbs olunub, 16-sı isə məhkəmənin təyin etdiyi hüquqi nəzarət şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, 29 dekabrda saat 02:00 radələrində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı evlərdən birindən açılan atəş nəticəsində polis əməkdaşları İlker Pehlivan, Turgut Külünk və Yasin Koçyiğit şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. Qarşıdurmada 6 İŞİD terrorçusu zərərsizləşdirilib.

Mövzuya görə xəbərlər