Bakı, TurkicWorld
Türkiyə Xarici İşlər Nazirliyi Afrika Buynuzundakı rəqiblər, Somalidəki Moqadilu administrasiyası və Efiopiya arasında gərginliyi azaltmaq məqsədi ilə bu gün Ankarada yeni danışıqlar silsiləsi başlayacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Nazirlikdən verilən açıqlamada sentyabrın 2-də başlaması planlaşdırılan danışıqların tezləşdirildiyi bildirilib və danışıqların məqsədinin Efiopiyanın Somalinin ərazi suverenliyinə zərər vermədən bu ölkə vasitəsilə beynəlxalq sulara çıxışını təmin etmək üçün bir yol tapmaq olduğu qeyd edilib.
1991-ci ildə Eritreanın ayrılmasından bəri Efiopiya dənizə birbaşa çıxışı olmayan dünyanın ən sıx əhalisi olan ölkədir.
İyulun 1-də Türkiyənin xarici işlər naziri Hakan Fidanın vasitəçiliyi ilə qonşu ölkələrin xarici işlər nazirləri Ankarada ilk iclasını keçirib.
Ankarada Efiopiya və Somali arasında razılaşma əldə olunub
Fidan avqustun 3-də liderlərlə görüşmək üçün Efiopiyaya gedib. Nazirlik o vaxtdan bəri Somali ilə "ən yüksək səviyyədə" təmasların olduğunu bildirib.
Nazirliyin "iki ölkənin ehtiyacları, narahatlıqları və yanaşmaları" adlandırdığı bazar ertəsi danışıqlarında kimin iştirak edəcəyi hələ ki məlum deyil.
Qeyd edək ki, Efiopiya yanvar ayında Somalidən birtərəfli qaydada ayrılan Somaliland ilə razılaşma əldə edərək, dənizə çıxış haqqı qazanıb. Lakin bu dəfə də, Somalilandin müstəqilliyini tanımaqla qonşusu Somali ilə arasında yeni böhrana əmələ gəlib.
Ötən əsrdə iki dəfə müharibə edən iki ölkə mart ayında mübahisələrinə həll yolu tapmaq üçün razılığa gəliblər.
Türkiyə Xarici İşlər Nazirliyinin sözlrin görə o vaxtdan bəri "dolayı danışıqlar" heç bir nəticə verməyib, eyni zamanda "regionda gərginliyin artdığını" etiraf edib. Türkiyə həmçinin vasitəçilik səyləri üçün bölgə ölkələrindən dəstək aldığını da bildirib.