BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohaya səfər edib. Səfərin əsas məqsədlərindən biri Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saninin atasının vəfatı ilə bağlı başsağlığı verməkdir.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə ilə Qətərin paytaxtı Dohaya gəlib.
Ərdoğanı Həməd Beynəlxalq Hava Limanında Qətərin Baş nazir müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən Al Sani qarşılayıb.
Səfər zamanı Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edib.
Rəcəb Tayyib Ərdoğanın Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saniyə atasının, keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə əlaqədar başsağlığı verəcəyi bildirilib.
Türkiyə və Qətər arasında siyasi, iqtisadi və müdafiə sahələrində sıx əməkdaşlıq mövcuddur. Ərdoğanın səfərinin iki ölkə arasındakı əlaqələr fonunda baş tutduğu qeyd olunur.







