Son dəqiqə

Türkiyə İŞİD GÜRZ əməliyyatları

Türkiyədə keçirilən əməliyyatlarda 100-ə yaxın şəxs saxlanılıb

Bakı, TurkicWorld

İŞİD terror təşkilatına qarşı Türkiyədə əməliyyatlar davam edir.

TurkicWorld xəbər verir ki, Terrorla Mübarizə İdarəsi və Baş Təhlükəsizlik Kəşfiyyat İdarəsinin birgə koordinasiyalı fəaliyyəti çərçivəsində həyata keçirilən "Gürz-4" əməliyyatlarında 99 şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, sözügedən əməliyyatlar Türkiyənin 26 şəhərində 3 gün müddətində davam edib. Bundan əvvəl Ankara, Adana, Antalya, Çorum, Elazığ, Qaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzon da daxil olmaqla 13 vilayətdə keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli ələ keçirilmişdi.

Mövzuya görə xəbərlər