Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyədə narkotik istehsalçıları və onları satanların yaratdığı yerli cinayət təşkilatlarına qarşı 57 əyalətdə Narkoçelik-27 əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Əməliyyatlar zamanı 1 ton 700 kq narkotik maddə və 1 milyon 181 min ədəd narkotik həb götürülüb, 396 narkotik satıcısı və küçə alverçisi tutulub. Əməliyyatlarda 990 qrup, 2 min 475 personal və səkkiz təyyarə iştirak edib.

Mövzuya görə xəbərlər