Bakı, TurkicWorld
Türkiyədə terror təşkilatları ilə bağlantılı şəxslərin mal varlığı dondurulub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Rəsmi Qəzetində qərar dərc edilib.
Dərc olunan qərara görə, terror təşkilatlarına bağlı olduğu təsbit edilən 58 şəxs və təşkilatın mal varlığı dondurulub.
Siyahıya görə, PKK terror təşkilatına bağlı 14, MKP (Maoist Kommunist Partiyası) Terror Təşkilatına bağlı 5 və FETÖ terror təşkilatına bağlı 20 nəfərin əmlakı dondurulub.
Bundan başqa, PKK terror təşkilatına bağlı 1 hüquqi şəxs və təşkilatın, FETÖ terror təşkilatına bağlı 18 hüquqi şəxsin əmlakının dondurulmasına qərar verilib.
Qərarı Türkiyə daxili işlər naziri Ali Yerlikaya və xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb.
Hafiz Rufizoğlu