Bakı,TurkicWorld
Türkiyənin Şırnak şəhərində separatçı terror təşkilatına qarşı keçirilən “Gürz-12” əməliyyatında təşkilatın silah-sursat anbarı kimi istifadə etdiyi mağara məhv edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
əməliyyat zamanı anbarda, 753 əl qumbarası, min əl qumbarası qoruyucusu, iki min elektrik qoruyucusu, 11 AK-47 silahı, beş Dragunov snayper tüfəngi, üç RPG-7, 60 millimetrlik minaatan və iki kiloqram partlayıcı maddə ələ keçirilərək məhv edilib.
“Terror təşkilatının logistika məqsədləri üçün istifadə etmək və fəaliyyət göstərmək üçün hazırladığı yuvalar aşkar edilərək dağıdılıb. Əziz millətimiz bilsin ki, terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”,- deyə Yerlikaya bildirib.
Bölücü Terör Örgütüne (BTÖ) Ait Mühimmat Deposu İmha Edildi
— Ali Yerlikaya (@AliYerlikaya) September 2, 2024
Şırnak ili Cudi Dağı kırsalında Bölücü Terör Örgütü (BTÖ) mensubu teröristlerin kırsal barınma alanlarının imha edilmesine yönelik “GÜRZ-12” operasyonu başlatıldı.
Operasyonda teröristlerin mühimmat deposu olarak… pic.twitter.com/wGqleuIdfK