Bakı, TurkicWorld
Türkiyədə narkotiklə mübarizə çərçivəsində təşkil olunan genişmiqyaslı “Narkokapan-1” əməliyyatı zamanı 20 əyalətdə zəhər tacirlərinə qarşı hücum təşkil edilib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında əməliyyatların Antalya, Diyarbəkir, İstanbul, İzmir və digər şəhərləri əhatə etdiyini bildirib.
Jandarma qüvvələrinin keçirdiyi əməliyyatlarda 37 nəfər saxlanılıb, onlardan 34-ü həbs edilib, 3 nəfər isə məhkəmə nəzarəti altına alınıb.
Əməliyyat nəticəsində 640 kiloqram narkotik maddə, 225 min sirr və skunk kökü, 21 mindən çox narkotik həb ələ keçirilb.