Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Gürz-11 əməliyyatı çərçivəsində iki terrorçu zərərsizləşdirilib

Bakı, TurkicWorld

Gürz-11 əməliyyatı çərçivəsində Mardində iki terrorçu zərərsizləşdirilib

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz əzmlə davam edəcək. İki terrorçunun və onların iştirak etdikləri fəaliyyətlərin müəyyən edilməsi istiqamətində işlər davam edir.” – deyə paylaşımda qeyd edilib.

Məlumat üçün bildirək ki, Türkiyə Jandarma Ümumi Komandanlığı Kəşfiyyat İdarəsi və TEM Şöbəsinin koordinasiyasında, Mardin Jandarma Komandirliyi tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində, J-SİHA-nın apardığı kəşfiyyat prosesində separatçı terror təşkilatının 2 üzvü aşkarlandıqdan sonra "GÜRZ-11" əməliyyatı başlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər