Bakı,TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Seneqal Prezidenti Beşir Cuma Fayın iştirakı ilə iki ölkə arasında beş əməkdaşlıq müqaviləsi imzalanıb.
TurkicWorld xəbər verir ki, Ərdoğan və Fayın başçılıq etdiyi nümayəndə heyətinin görüşlərindən sonra ortaq müqavilələr imzalanıb.
Ərdoğan və Seneqal Prezidenti Fay tərəfindən iki ölkə arasında “Türkiyə Respublikası ilə Seneqal Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Seneqalın şəhərsalma, yerli idarəetmə və regional planlaşdırma naziri Balla Moussa Fofana arasında “Türkiyə Respublikası Hökuməti ilə Seneqal Respublikası Hökuməti arasında şəhərsalma sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalanıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Afrika inteqrasiyası və xarici işlər naziri Yasin Fall arasında “Türkiyə Respublikası Hökuməti ilə Seneqal Respublikası Hökuməti arasında enerji və karbohidrogen sahələrində Anlaşma Memorandumu”nu imzalayıblar.
Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və Seneqalın kənd təsərrüfatı, qida suverenliyi və heyvandarlıq naziri Mabouba Diaqne “Türkiyə Respublikası Hökuməti ilə Seneqal Respublikası Hökuməti arasında kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Yükseköğretim (YÖK) sədri Başkan Erol Özvar və Afrika İnteqrasiyası və Xarici İşlər Naziri Yasin Fall arasında “Türkiyə Respublikası Ali Təhsil Şurası ilə Seneqal Respublikasının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiyalar Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.